Güney Azerbaycan partilerinden açıklama

Əziz Azərbaycan Türk Milləti və Milli Hərəkət fəalları
Son günlərdə İranin bir çox şəhərində etirazlar və grevlər baş verməkdədir. Bu olaylar İranın son dərəcə pisləşən iqtisadiyyatına və xalqın yaşam çətinliyinə görə başlasa da artıq olaylar getdikcə rejimə qarşı bir hal alıb və ümumi üsyana çevrilir.
Çoxları Azərbaycan Türk Millətini bu olaylara dəstək verməyə razı etməyə çalışırlar. Bu bir haldadır ki hamımız bilirik Güney Azərbaycan uzun illərdən bəri irqi, iqtisadi, siyasi və siyasi ayrı seçkilik qurbanı olub və irandaki diktatora rejimi Güney Azərbaycanın bütün alt yapılarını darmadağın edibdir. İndi Güney Azərbaycan şəhərlərində işsizlik ən üst səviyyələrə çıxıb, maldarlıq və əkinçilik pis günlər yaşayır. Hal hazırda bahalıq və işsizlik Güney Azərbaycanda ailələri son dərəcə çətin durumda qoyubdur.
Şübhəsiz Azərbaycan Türk Milləti və qocaman Təbrizin meydana çıxması İrandaki diktora rejiminə qarşı davam edən bu etirazlarda təyin edici önəmə sahibdir və əlbəttə ki Azərbaycan Türk Milləti öz milli haqlarını müdafiə etmək üçün səssiz qalmayacaqdır.
Yalnız bir tərəfdən də Fars bölgələrində gedən etirazlar açıqca Paniranist və Fars milliyyətçiliyi yönü alıb və başqa millətlərin varlığını inkar yoluna gedir.
Heç unutmamaq lazım ki Güney Azərbaycanda Türk Millətinin başına gələn bütün bəlalar Pəhləvi rejimin iqtidara gəlməsi ilə başlayıb və dini diktatora dönəmində də olduğu kimi davam etmişdir. Bu səbəblə əlbəttə ki Azərbaycan Türk Milləti öz iqtisadiyyatının məhv edilməsi və yaşam çətinliklərini protest etmək üçün səhnədə olacaqdır yalnız bu faşist və irqçi axımlara dəstək vermək anlamına gəlməməli və Azərbaycan öz milli mübarizəsi yönündə qabağa getməlidir.
Çoxları çalışırlar ki Azərbaycanı öz əməllərinə alət etsinlər amma Azərbaycan artıq bu oyunlara gəlməyəcək və öz qəsb edilmiş hüququnun savaşını verəcəkdir.
Biz bütün Azərbaycan Milli Hərəkəti fəallarından istəyirik bugünkü həssas durumda haşiyə məsələlərə girmədən milli enerjimizin oğurlanması və ya hədər olmasına mane olmaq üçün ciddi anlamda ayıq olsunlar və Güney Azərbaycanın tanınmış və etibarlı media və təşkilatlarını milli çıxarlar yönündə ciddiyyətlə ortada olmağa çağırırıq.
Biz bütün Azərbaycan Türk Millətindən istəyirik bu gündə səhnədə olsunlar və Güney Azərbaycan şəhərlərində dinc və mədəni göstərilərlə Azərbaycanın milli hüququnun təqibçisi və əlbəttə xüsusi ilə də qərbi Azərbaycan və Xəzər sahillərində tarixi torpaqlarımızın qoruqçusu olsunlar.
Tarix: 31.12.2017
İmzalar:

Azərbaycan Milli Dirəniş Təşkilatı (AMDT)
Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
Milli Yol Təşkilatı
Güney Azərbaycan Demokrat Partiyası (GADP)
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)
Güney Azərbaycan Qurtuluş Partiyası (Qurtuluş)
Güney Azərbaycan Sosial Demokrat Partiyası

Avatar
Adınız
Yorum Gönder
Kalan Karakter:
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.