Azərbaycanlı vəkillər Jirinovskidən 100 milyon təzminat istəyir

İnterpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, vəkillər V.Jirinovskinin Dumanın iclasında azərbaycanlıların şərəf və ləyaqətini təhqir edən çıxışına görə cərimələnməsini istəyir.

Sadiq və Elmira Məmmədovaların məhkəməyə müraciətində bildirilir ki, Jirinovski fikirlərinə görə azərbaycanlılardan Dövlət Dumasının iclasında üzr istəməlidir. Millətin şərəf və ləyaqətini təhqir etdiyinə görə vəkillər deputatdan 100 milyon rubl mənəvi təzminat da tələb edib. “Mən Azərbaycan xalqının bir nümayəndəsi kimi şikayət etmişəm. Rusiyada 40 ildən artıqdır ki, yaşayıram. Mənə həmişə Jirinovskinin bizim xalqımız haqqında dediyi təhqiramiz sözləri xatırladırlar”, deyə vəkil S.Məmmədov Rusiya mətbuatına müsahibəsində bildirib: “ O, BMT tərəfindən tanınan dövləti, bütöv bir xalqı təhqir edib. Burada söhbət təkcə mənim və həyat yoldaşımın deyil, həm də bütün xalqın nüfuzundan gedir”.

Elnarə ƏLOSMANQIZI
İnterpress.az

Avatar
Adınız
Yorum Gönder
Kalan Karakter:
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.