Azerbaycan Milliyetçi Gençler Başkanı tutuklandı

Gazete2023- Azerbaycan Milliyetçi Gençler Teşkilatından yapılan açıklama şöyle;

30 İyul tarixində Gəncə şəhərində Milliyyətçi Gənclər Təşkilatının Gəncə özəyinin üzvlərinin, Mingəçevir özəyindən və İdarə Heyətindən nümayəndələrin iştirakı ilə görüş keçirilmişdir. Görüş məkanından çıxarkən İdarə Heyəti Sədri Müşviq Vəliyev, Təşkilati Şöbə üzrə İdarə Heyəti üzvü İskəndər Osmanlı, Gəncə özəyi Başqanı Məcid Türksoy (Abbasov) və Mingəçevir özəyi Başqanı Elçin Məhərrəmli mülkigeyimlilər tərəfindən həbs edildilər.
Hansı idarə tərəfindən hara aparıldığı bəlli olmayan üzvlərimizdən 24 saat boyunca tək bir xəbər ala bilmədik.
Gəncə şəhər Baş Polis İdarəsi, Kəpəz Rayon Polisi etdiyimiz müraciətlər zamanı bu haqda bir informasiyalarının olmadığını dedilər. 102 xidmətinə də axtarış üçün dəfələrlə məlumat verilmişdi. Yalnız hadisədən 24 saat sonra üzvlərimizin Kəpəz Rayon Məhkəməsinə çıxarılacağı bəlli oldu. Polisə müqavimət ittihamı ilə Müşviq Vəliyev, İskəndər Osmanlı və Məcid Abbasov 25, Elçin Məhərrəmli isə 30 gün müddətinə həbs edilərək Gəncə şəhər təcridxanasına göndərildilər. Hazırda həbsdəki üzvlərimizin durumları ilə bağlı hər məsələ MGT İdarə Heyəti və ailələri tərəfindən mütəmadi olaraq nəzarətdə saxlanılır, vəziyyətləri yaxşıdır.
Dəstək göstərən hər bir kəsə təşəkkürümüzü bildiririk, hadisə ilə bağlı yeniliklər olduqca işıqlandırmağa davam edəcəyik.
Hazırda bizlər üçün əsas önəmli məqam, üzvlərimiz Elçin Məhərrəmli, Məcid Abbasov, İskəndər Osmanlı və bu gün doğum günü olan Müşviq Vəliyevin tezliklə aramıza qayıtmasıdır.

Milliyyətçi Gənclər Təşkilatı İdarə Heyəti
Milliyyətçi Hərəkat

Avatar
Adınız
Yorum Gönder
Kalan Karakter:
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.