Fələstin üçün ağlarkən...Tenzile Rüstemhanlı

Müsəlman dünyasının gözü və ürəyi Fələstində, Qəzzada...

Dünyanın gözü önündə bir qətliam, soyqırım, savaş və insanlıq cinayəti törədilir. Bu ssenari illər əvvəl yazılmışdı. Finalı isə Böyük Orta Şərq layihəsi olacaqdı. İstehsalçı yəhudilər, rejissor Amerika, aktyorlar isə bölgədəki piyadalar...

Bir də bu ssenarinin baş rol ifaçısı var ki, möhtəşəm performans sərgiləyir.

“Cəsur Ürək” filmindəki Mel Gibson yalandı yanında. Hollivud belə bir aktyoru siyasətə qurban verdiyi üçün ağlayır.

Aktyorluq çox çətin sənətdir. Çox vaxt illərlə təhsil və təcrübə belə uğur qazanmaga kifayət etmir. Şöhrət qazanmağa nail olunmur. Amma bizim bu aktyorun istedadı Allah vergisidir. Ən təsirli drammatik filmdən tutmuş komediya janrına qədər mahir rol ifaçısı ola bilir. Allahın Orta Şərqə bir lütfidir.

Bu, bir oyundur. Əgər oyun olmasaydı, millət Türkiyədə hər seçki dönəmində İsrailin Fələstinə hücumunun səbəbini mühakimə edərdi. Bəziləri də reytinq qazanma xətrinə rola girməzdi.

"Ey, Amerika haradasan?!" -deyə meydanlarda hayqırma, bu oyunun baş oyunçusu sən deyilsənmi?

"Ey, Avropa Haradasan?!" səslənəndə adama deyərlər ki, illərdir Türkiyəni güzəştlər etməyə məcbur edən sən deyilsənmi?

"Ey, İnsanlıq haradasan?" deyə nalə çəkmə, çünki öz ölkəndə haqsız yerə insanlara zülm edərək ah alan sən deyilsənmi?

Şimon Peresə ve israilli idarəçilərə "bebek katili" deyib, Türkiyədə 45 min nəfərin qətlində əli olan "bebek katili" Abdullah Öcalan ilə anlaşma masasına oturan sən deyilsənmi?

Qarabağda, Xocalıda körpələri qətl edərək dərisini soyan Ermənistan prezidenti Serj Sarkisyanla sərhədlərin açılması üçün Sürix protokollarını imzaladan sən deyildinmi?

14 iyul 1959-cu ildə Kərkük qətliamını törədən ata Mustafa Bərzaninin oğlunu Ankarada qonaq edən kim idi?

İŞİD-i bu günə qədər terrorçu təşkilat kimi tanımadın. Kərkükdə, Şərqi Türküstanda minlərlə türk müsəlmanın qətl edilməsinə göz yumdun.
Bunları adamdan soruşarlar...

Amma bu bir proyektdir və hər kəs ona verilən rolu oynayır. Məni ən çox üzən oynanan oyunların günahsız qurbanlarıdır. Öldürülən günahsız insanlar-uşaqlar, qadınlar, yaşlılar...

Siz qanla bəslənən bu ssenaristlərin razılaşdırılmış müharibə oyununun qurbanlarısınız. Başınıza çıxardaraq uğrunda ölümü belə gözə aldığınız liderlər sizin ahınızı alır.
Əmin olun ki, bir gün bu ahlar qarşınıza Allahın hüzurunda çıxacaq ahəstə-ahəstə.
Orta şərqdə məsum insanların ahı ərşə çıxdı. Allahın ədaləti böyükdür. İnanırıq ki, bu zülm yerdə qalmayacaq...

Bir zamanlar Fələstin lideri Yasir Ərəfat Qarabağda, Xocalıda ermənilərin törətdiklərinə haqq qazandırıb, ermənilər ilə qohum olduqları üçün qürur duymuşdu. Amma bizim Fələstin üçün içimiz qan ağlayır. Çünki biz yaradılanı yaradandan ötrü sevənlərik.

Türk milləti olaraq diqqət etməli olduğumuz məsələ budur ki, kəndirbazı izləyərkən evimiz soyulmasın. Cənub-Şərq sərhədlərimizə diqqət edək. Fələstinə sahib çıxaq. Fələstin üçün ağlayaq, amma ağlayarkən gözümüz açıq olsun. Öz torpaqlarımızı PKK-nın nəzarətinə verməyək. Gözümüz açıq olsun ki, bütün baş verənlər bəzi hadisələrə göz yumduğumuz üçün olub.

Zamanında ayıq olsaydıq nə bu qədər qan tökülərdi, nə də bu qədər qurbanlar verərdik. Çünki millətim oyansa, bütün bu oyunlara inanmayacaq.

Ey, Türk! Sirkələn və özünə dön. Sən özünə dönəndə böyük olursan...

TENZİLE RÜSTEMHANLI

www.interpress.az

Avatar
Adınız
Yorum Gönder
Kalan Karakter:
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.